image-1backend

“Azərbaycan 2026-cı ilə böyük uğurlarla qədəm qoydu” – İqtisadçı alim

image-ads-728x90

“Azərbaycan 2026-cı ilə böyük iqtisadi və sosial uğurlarla qədəm qoyub. Onun sözlərinə görə, 2025-ci il Azərbaycanın tarixində növbəti uğurlu dövr kimi yadda qalacaq. Ötən il ölkəmizdə iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə edilib.”–  bu fikirləri Korrekt.az saytına açıqlamasında İqtisad Elmləri üzrə fəlsəfə doktoru və ekspert Arzuman Muradlı bildirib.

Arzuman Muradlı qeyd edib ki, yanvarın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə də bu uğurları daha da aydın şəkildə ortaya qoyub.

“Prezident İlham Əliyev müsahibəsində cəmiyyətin ən çox maraq göstərdiyi mövzulardan biri olan sosial siyasətə böyük diqqət ayırıb.Sosial siyasət hər zaman Azərbaycan dövlətinin siyasətinin ana xəttini təşkil edib. Bu siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı dayanır. Prezident qeyd edib ki, ölkəmizin sosial siyasəti həm də investisiyalara yönəlib və son illərdə ölkənin bütün sahələrində irəliləyişlər müşahidə olunub. Son 20 ildə Azərbaycanda minimum əməkhaqqı 40 dəfədən çox artıb. Dövlətimiz bu müddət ərzində geniş iqtisadi islahatlar həyata keçirib, böyük neft-qaz layihələri icra edib və əldə edilən gəlirləri əsasən sosial sahəyə yönəldib. Prezident İlham Əliyev, işğal dövründə Azərbaycanın əsas xərclərinin hərbi təyinatlı xərclər, təhsil və məcburi köçkünlərin təminatı olduğunu qeyd edib. Dövlətimiz, həmin dövrdə 300 mindən çox məcburi köçkünü yeni evlərlə təmin edib, 100-dən çox şəhərcik inşa edib.” – deyə iqtisadçı alim bildirib.

Arzuman Muradlı qeyd edib ki, son yeddi ildə Azərbaycanda 5 sosial islahat paketi həyata keçirilib. “Bu islahatlar 4 milyon insanı əhatə edib və təqribən 8 milyard manata yaxın vəsait sərf edilib. Prezident İlham Əliyev bu islahatların əhəmiyyətini vurğulayaraq, onların sosial ədalətin bərpası və şəffaflığın təmin edilməsi üçün böyük rol oynadığını bildirib. Prezident İlham Əliyev, müharibə dövründə 300 mindən çox məcburi köçkünün yeni evlərlə təmin edildiyini və 100-dən çox şəhərcik inşa edildiyini xatırladıb. Ötən il yalnız bu məqsədlər üçün 1,4 milyard manat vəsait ayrılıb. Həmçinin, ölkədə maaşlar, pensiyalar və müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Özünüməşğulluq proqramı çərçivəsində 100 min nəfərdən çox işsiz insanın işlə təmin edildiyi, bu proqramın işsizliyin azalmasında böyük rol oynadığı qeyd olunub. Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla, yeni iş yerlərinin açılması davam edir. Son illərdə 16 min şəhid ailəsi və müharibə əlilinə dövlət tərəfindən mənzillər verilib. Bu proses hələ də davam edir. Müharibə zamanı əlil olmuş hərbiçilər ən müasir protezlərlə təmin edilir. Hazırda 500-dən çox insan protezlərlə təmin olunub və normal həyata qayıdıblar. Bununla yanaşı, həmin insanlara minik avtomobilləri verilir. “- deyə Arzuman Muradlı əlavə edib.

İqtisadçı alim bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial və iqtisadi islahatlar, vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə, işsizliyin azaldılmasına, şəffaflığın təmin olunmasına və iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət edir.

“Bu istiqamətdə görülən işlər 2026-cı ildə də davam edəcək və Azərbaycan daha da güclənəcək.”– deyə Arzuman Muradlı əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki