image-1backend

Azərbaycanlı biznesmen və həyat yoldaşı öldürüldü – DETALLAR

image-ads-728x90

Azərbaycanlı iş adamı və həyat yoldaşı öldürülüb. Korrekt.az xəbər verir ki, Rusiya mediasının məlumatına görə, cütlük yaşadıqları binanın həyətində ölü vəziyyətdə tapılıb. Rusiya telegram kanallarının məlumatına görə onların üzrəində zorakılıq izləri olub.  Onların üç azyaşlı övladı olduğu qeyd olunur.

Mərhum cütlüyün cəsədləri Salyarevo Park yaşayış kompleksinin pəncərələrinin altında tapılıb. Qonşuların sözlərinə görə, cütlük mehriban və ünsiyyətcil, kişi isə iş adamı olub.

Hüquq-mühafizə orqanlarındakı mənbə hadisəni təsdiqləyib. Ölüm zamanı onların beş yaşlı uşağı mənzildə olub.

Rusiya mediasının məlumatına görə iş adamı kriminal qruplaşmaların hədəfində olub və o məhz bu qruplaşmaların qurbanına çevrilib.

Mənzildəki uşaq müvəqqəti olaraq hüquq-mühafizə orqanlarının himayəsindədir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki