Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri olmuş Mais Ağayevdən xəbər var.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, peşəcə jurnalist olan və BNA-dan öncə İctimai Televiziyada çalışmış Mais Ağayev yenidən mediaya qayıdıb.
Onun budəfəki iş yeri Real TV-yə bağlı Real FM radiodur.
Xatırladaq ki, 2023-cü ildə Bakı Nəqliyyat Agentliyi ləğv edildikdən sonra qurumun rəhbərliyi haqqında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılmışdı.
Baş Prokurorluq BNA-da əməliyyat keçirərək bir sıra şəxsləri məsuliyyətə cəlb etmişdi. Bu əməliyyat çərçivəsində Mais Ağayev saxlanılmış, 2 ay sonra isə sərbəst buraxılmışdı.
BNA-nın keçmiş mətbuat katibinin azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edərək Türkiyəyə getmişdi.





















