image-40582backend

Bu əlamətlər varsa həkimə müraciət edin: Mədəaltı vəzi xərçəngi belə olur 

image-ads-728x90

Alimlər müəyyən ediblər ki, sinir sistemi mədəaltı vəzi xərçənginin inkişafında gözlənildiyindən daha erkən mərhələdə mühüm rol oynayır.

Tədqiqat göstərib ki, sinirlər şişlər hələ görünməzdən əvvəl xərçəngin formalaşması prosesində iştirak edir. Bu isə sinir lifləri ilə toxumalardakı hüceyrələr arasında qarşılıqlı əlaqənin xəstəliyin inkişafını sürətləndirə biləcəyini ortaya qoyur və yeni müalicə yanaşmaları üçün perspektiv açır.

Mədəaltı vəzi xərçəngi ən təhlükəli onkoloji xəstəliklərdən biri hesab olunur. O, erkən mərhələdə çətin aşkar edilir və mövcud müalicələrə çox vaxt zəif reaksiya verir. Əvvəllər alimlər sinirlərin xərçəngin yayılmasına kömək edə biləcəyini bilsələr də, onların şişin yaranmasında necə iştirak etdiyi aydın deyildi.

Ceremi Niqrin rəhbərliyi ilə Cold Spring Harbor Laboratory alimləri üçölçülü vizuallaşdırma texnologiyalarından istifadə edərək şiş öncəsi ocaqlarda sinir liflərinin mürəkkəb şəbəkəsini müşahidə ediblər.
Ənənəvi 2D görüntülərdə bu liflər ayrı nöqtələr kimi görünsə də, 3D analiz onların xərçəngin böyüməsini təşviq edən hüceyrələrlə sıx bağlı olan geniş və budaqlanan şəbəkə təşkil etdiyini göstərib.

Araşdırma zamanı məlum olub ki, fibroblastlar — xüsusilə myCAF adlanan hüceyrələr — simpatik sinir sistemindən sinir liflərini cəlb edən kimyəvi siqnallar ifraz edir. Bu sinirlər isə noradrenalin adlı neyrotransmitter istehsal edərək fibroblastların fəaliyyətini daha da artırır və erkən bədxassəli dəyişikliklərin inkişafına şərait yaradır.

Siçanlar üzərində aparılan təcrübələrdə simpatik sinir sisteminin fəaliyyəti zəiflədildikdə fibroblastların aktivliyi azalıb və şişin böyüməsi təxminən 50 faiz yavaşıyıb.

Tədqiqatın nəticələri Cancer Discovery jurnalında dərc olunub.

Alimlər hesab edir ki, sinirlər və şiş hüceyrələri arasındakı qarşılıqlı təsirin bloklanması yeni terapevtik yanaşma ola bilər. Onların fikrincə, doksazosin kimi alfa-adrenergik blokerlərin kimyaterapiya və ya immunoterapiya ilə birlikdə istifadəsi müalicənin effektivliyini artıra bilər.

Bununla belə, bu yanaşmanın klinik praktikada tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac olduğu vurğulanır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki