image-1backend

Bu gündən bu metro stansiyasının bir çıxışı bağlanır

image-ads-728x90

Bu gündən metronun “Nərimanov” stansiyasının 3 nömrəli çıxışı müvəqqəti bağlanacaq.

Korrekt.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

“Paytaxtda həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq “Nərimanov” stansiyasının 3 nömrəli çıxışı sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 20 iyul tarixindən müvəqqəti bağlanacaq.

Təmir-bərpa işləri davam etdiyi müddətdə stansiyanın digər alternativ çıxışlarından və yaxınlıqdakı yerüstü piyada keçidlərindən istifadə etməyiniz xahiş olunur,” – deyə qurumdan bildirilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki