image-images-1backend

Bu məlumatı verən şəxs 15 milyon dollar alacaq

image-ads-728x90

Korrekt.az xəbər verir ki, ABŞ Dövlət Departamenti ilə əlaqəli fars dilində fəaliyyət göstərən “Ədalət naminə Mükafatlar Proqramı” hesabı bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) neft satışı və nəqli ilə bağlı məlumata görə 15 milyon dollara qədər mükafat elan edib.

Hesabatda qeyd olunur ki, SEPAH terror fəaliyyətləri üçün maliyyəni sanksiya tətbiq edilmiş İran neftinin satışı və daşınması da daxil olmaqla qanunsuz fəaliyyətlər vasitəsilə əldə edir.

SEPAH-ın neft daşınması, neft tankerləri və ya əlaqəli qurumlar haqqında məlumatı olan hər kəs proqramla əlaqə saxlaya bilər.
ABŞ Dövlət Departamenti məlumat verənlərin maliyyə mükafatı almaq hüququna malik ola biləcəyini vurğulayır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki