image-1backend

Bu ölkə Trampın dəvətini rədd etdi

image-ads-728x90

Yeni Zelandiya hökuməti ABŞ prezidenti Donald Trampın Sülh Şurasına qoşulmaq dəvətini rədd edib.

Korrekt.az-ın  Stuff xəbər saytına istinadən verdiyi məlumata görə, bu barədə Baş nazir Kristofer Lakson açıqlama verib.

Lakson bildirib ki, “Yeni Zelandiya hökuməti Prezident Trampın dəvətini nəzərdən keçirib və Sülh Şurasına hazırkı formada qoşulmamaq qərarına gəlib”.Xarici İşlər Naziri Uinston Peters Yeni Zelandiyanın təşkilatı dəstəkləyəcəyini, lakin Sülh Şurasına qoşulmayacağını vurğuladı. “Həm indi, həm də gələcəkdə bu yeni strukturun mandatı ilə bağlı aydınlığa ehtiyacımız var”, – deyə o bildirib.Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan da daxil olmaqla 19 ölkənin nümayəndələri Sülh Şurasının nizamnaməsini imzaladılar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki