image-1backend

Bu ölkədə güclü zəlzələ OLDU  

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Hollandiyanın şimalında, Qroningen əyalətində bu gün səhər saatlarında 3,4 bal gücündə güclü zəlzələ baş verib. Bu, ölkə tarixində qeydə alınan ən güclü seysmik hadisələrdən biri olaraq qiymətləndirilir.

KNMI-nin (Kral Meteorologiya İnstitutu) məlumatına görə, zəlzələ yerli vaxtla saat 1:16-da (Moskva vaxtı ilə 3:16) qeydə alınıb. Zəlzələnin episentri Zeereipa kəndi yaxınlığında yerləşir və təxminən 3 km dərinlikdə baş verib. Daha sonra, səhər saat 6:39 radələrində (Moskva vaxtı ilə 8:39) 2,0 bal gücündə ikinci bir zəlzələ qeydə alınıb. Hazırda xəsarət və ya ciddi dağıntılar barədə məlumat yoxdur.

Zəlzələ yerli sakinlər tərəfindən “kəskin və qorxulu təsir” kimi təsvir edilib. RTV Noord-un məlumatına görə, yüzlərlə insan xüsusi seysmik izləmə xidmətinə mesaj göndərib. Zeereipa sakini Jasper Jacobs hadisəni “Yüksək səs və güclü təkanlarla oyandım. Heç vaxt belə bir şey hiss etməmişəm” kimi təsvir edib. Maşın sürücüsü Maks Sikkama isə təkanlar nəticəsində “yol tutuşunu iki dəfə itirdiyini” qeyd edib.

Zənd kəndinin sakini Deborah Feldman isə üç aylıq körpəsini əlində tutduğu zaman zəlzələnin başladığını bildirib. “Evdəki hər şey yıxıldı, yalnız hərəkəti təyin edən işıq sensorları işə düşdü. Uşaqla olmaq çox qorxulu olur” – deyə Feldman qeyd edib.

Qroningendə son illərdə seysmik aktivlikdə nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunurdu. Bu, yerli sakinlər arasında qaz yataqlarının inkişafı ilə bağlı böyük zəlzələlərin dövrünün sona çatacağına dair ümidlər doğurmuşdu. Qroningendə qaz hasilatının 2 il əvvəl dayandırılmasına baxmayaraq, KNMI-nin seysmoloqu Laszlo Evers, qaz yataqlarının işlənməsi zamanı yer altında toplanan gərginliyin zamanla zəlzələlərə səbəb ola biləcəyini vurğulayıb.

Hollandiyada ən son 3,4 bal gücündə güclü zəlzələ 2019-cu ildə Vesterveytverd bələdiyyəsində baş verib. 1992-ci ildə isə, Limburg əyalətindəki Roermond şəhərində 5,8 bal gücündə ən güclü zəlzələ qeydə alınıb.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki