image-1backend

Bu şəxs varis olacaq? -Bloomberg agentliyi açıqladı

image-ads-728x90

Bloomberg agentliyinin hakim Ədalət və İnkişaf Partiyasındakı mənbələrə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oğlu Bilalı mümkün varis kimi nəzərdən keçirir.

Korrekt.az xəbər verir ki, mənbələrin məlumatına görə, partiya daxilində hakimiyyətin ötürülməsi məsələsi getdikcə daha çox müzakirə edilir. Nəzərdən keçirilən ssenariyə əsasən, Bilal Ərdoğan tədricən siyasətə daxil olacaq və gələcəkdə partiya rəhbərliyi və digər yüksək vəzifələrə namizəd olacaq.

Bilal Ərdoğan son illərdə ictimai sahədə daha aktivləşib. O, müntəzəm olaraq ictimaiyyət qarşısına çıxır, dövlət mediası onu tez-tez işıqlandırır və prezidentin özü onu xarici səfərlərə aparır. Həmçinin, Bilal artıq partiya və hökumət daxilində kadr məsələlərinin həllində iştirak edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki