Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin gələn il üçün inkişaf planını imzalayıb. Korrekt.az xəbər verir ki, sənədə əsasən, qanunvericilikdə uşaqlara qarşı zorakılığın ömürlük həbs cəzası ilə cəzalandırılması üçün dəyişikliklər edilir. Yetkinlik yaşına çatmayanlara və qadınlara qarşı zorakılığa görə cəzalar da sərtləşdiriləcək. Bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat verib. Bu il dövlət proqramlarının həyata keçirilməsi üçün 20,5 milyard dollar ayrılması planlaşdırılır.
Həmçinin 50,4 milyard dollarlıq investisiya cəlb etmək planlaşdırılır. Yeri gəlmişkən, sənəd yanvar ayının sonundan etibarən ictimai müzakirəyə çıxarılıb. O, prezidentin ötən ilin sonunda parlamentə müraciətinə əsaslanır. Qeyd etmək lazımdır ki, uşaq istismarı halında ömürlük həbs cəzasının tətbiq edilməsi təşəbbüsü parlament üzvləri tərəfindən xüsusi olaraq bəyənilib.





















