image-1backend

Bu yenilik Bakı-Sumqayıt yolunda tıxacların azalmasına gətirə bilərmi?

image-ads-728x90

Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.

Həyata keçirilən layihə çərçivəsində sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanacaq. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksi istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə edilə biləcək.
Ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılacaq, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunacaq.
Bu yeniliklər Bakı-Sumqayıt yolunda tıxacların azalmasına gətirə bilərmi?
Nəqliyyat eksperti Yasin Mustafayev Qaynarinfo-ya açıqlamasında layihəni dəstəklədiyini vurğulayıb:
“Əslində, onların nə fikirləşdiyini və planlaşdırdıqlarını bilmək lazımdır. Orada mövcud dəmir yolunun üstündə körpü var. Sumqayıt şəhərinə doğru, sağdakı körpü istifadəsiz qalıb. Orada yaşayış massivindən çıxan avtomobillər körpünün üstündən getsə, qarşıdan gələn avtomobiləri isə svetoforla tənzimləyib dəmiryol körpüsünün altından şəhər istiqamətinə ötürmək olar. Bu təklif məntiqli və mümkündür. Çox ağıllı təklifdir”.
image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki