“Deyəsən, öləcəm. Amma ölmədən səhiyyəmizi öldürənləri göstərəcəm”.
Korrekt.az xəbər verir ki, bunu ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova instaqram hesabında yazıb.
O, paylaşımında bir sıra vacib məsələlərə toxunub:
“Azərbaycanda xalqıla həkimi üz-üzə qoyan kimdir? TƏBİB, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta, yoxsa ayrılan dövlət büdcəsinin “yolda” əriməsi? Axı həm həkim, həm də xəstə eyni dövlətə vergi ödəyir amma sonda pulu görməyənlər bir-birinə baxıb günah axtarır. Həkim haqqını, xəstə də müalicə almalıdır. Gəlin görək xərclərlə əmək üst üstə düşürmü?”
Jurnalist bu barədə bir sıra araşdırmalar edəcəyini də qeyd edib:
“Başımın ağrısı bitər bitməz bu istiqamətdə araşdırmalara və canlı yayınlara başlayacam. Siz nə deyirsiz? Başlayım, yoxsa yox? “Həzrəti Abbas” haqqı baş ağrısından ölürəm, çəkim düşüb yenə 50 kq-a. Deyəsən, öləcəm. Amma ölmədən səhiyyəmizi öldürənləri göstərəcəm”.





















