İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Ramil Əliyev Prezidentin çıxışında səsləndirilən fikirlərin ictimai nəzarətin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, təşkilatın əsas missiyası ölkədə mövcud haqsızlıqlara və özbaşınalığa qarşı ictimai mövqeni gücləndirməkdir:
“Bizim ictimai fəaliyyətimizin əsas məqsədi haqsızlıqlara, məsuliyyətsiz idarəçiliyə qarşı çıxmaq, ədalətin və şəffaflığın təmin edilməsinə töhfə verməkdir. Real vəziyyəti Cənab Prezidentə çatdırmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurların layiqli cəzasını almasına nail olmaq niyyətindəyik.”
Ramil Əliyev əlavə edib ki, dövlətə sədaqətlə xidmət edən şəxslərə süni maneələrin yaradılması yolverilməzdir:
“Artıq bəsdir arxa qapılar arxasında sədaqətli insanlara qarşı aparılan çirkin əməllərdən. Ədalətli və məsuliyyətli idarəçiliyin möhkəmlənməsi üçün fəaliyyətimizi davam etdirəcəyik.”





















