image-1backend

Əli Məmmədzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

image-ads-728x90

“Nobel Energy” şirkətində yeni təyinat baş tutub.

Əli Məmmədzadə şirkətdə Qrup üzrə maliyyə direktorunun müavini vəzifəsinə təyin olunub.

O, “Prime Light” LLC şirkətində Müşahidə Şurasının üzvü, “Inviglob Family Office”də isə Maliyyə meneceri vəzifələrində fəaliyyət göstərib.

Əli Məmmədzadə bundan əvvəl SOCAR AQS-də Direktorlar Şurasının üzvü olub. 2020–2025-ci illərdə isə SOCAR AQS International DMCC şirkətində İcraçı direktor vəzifəsini tutub.

Məmmədzadə 2020–2025-ci illərdə SOCAR AQS-də Hesabatlılıq və büdcələşdirmə bölməsinin rəhbəri kimi də çalışıb. Daha əvvəl, 2019–2020-ci illərdə Nobel Oil Services (UK) Ltd. şirkətində Baş maliyyə hesabatlılığı və büdcələşdirmə analitiki vəzifəsində işləyib./yurd.media/

Əli Məmmədzadə

Əli Məmmədzadə

Qeyd edək ki, Xəzər regionunda və ondan kənarda enerji sahəsində inteqrə olunmuş xidmətlər göstərən “Nobel Energy” şirkətlər qrupunda daha bir təyinat olmuşdu – Fuad Mirzəyev İstedadların idarəedilməsi bölməsinin rəhbəri təyin edilmişdi./Yurd.Media/



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki