İran Milli Müdafiə Şurasının katibi Əli Şəmxani, ölkəsinin raket proqramının İslam Respublikası üçün “qırmızı xətt” olduğunu və ABŞ ilə gələcək dialoqda bu məsələnin müzakirə mövzusu ola bilməyəcəyini bəyan edib.
Korrekt.az xəbər verir ki, Şəmxani bu açıqlamanı “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəsində verib. O, raket sistemlərinin İranın ən mühüm təhlükəsizlik məsələlərindən biri olduğunu vurğulayaraq, “Raket sistemlərimiz ‘qırmızı xətlərimizdən’ biridir və danışıqlar zamanı müzakirə mövzusu deyil”, – deyib.
Bundan əvvəl İranın vitse-prezidenti Məhəmməd Eslami də ABŞ-a qarşı sanksiyaların tamamilə ləğv edilməsi şərtilə, Tehranın uranın zənginləşdirilməsi səviyyəsini azaltmağa hazır olduğunu açıqlamışdı.
Qeyd edək ki, İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı son görüş 2026-cı il fevralın 6-da baş tutub. Bu, uzun fasilədən sonra baş verən ilk görüşdür və 2023-cü ilin 25 iyununda İran və İsrail arasında baş verən hərbi toqquşmaların ardından reallaşıb. Bundan əvvəl, Vaşinqton və Tehran beş raund danışıqlar aparmışdı.





















