image-1backend

Əraqçı: “ ABŞ-nin bölgədəki hərbi mövcudluğu İranı qorxutmur” 

image-ads-728x90

Korrekt.az xəbər verir ki, dünən İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndələrinin İran suları yaxınlığında yerləşən USS Abraham Lincoln təyyarədaşıyan gəmisinə baş çəkməsinə münasibət bildirib.

Əraqçı deyib ki, ABŞ-nin regiondakı hərbi mövcudluğu Tehrana təzyiq göstərmək məqsədi daşısa da, bu cür addımlar İranı qorxutmur.

O, əvvəlki qarşıdurmalara işarə edərək qeyd edib ki, İran müharibə təhdidləri qarşısında mövqeyindən geri çəkilməyib:

“Müharibənin üçüncü günündə qeyd-şərtsiz təslim olmaqla bağlı tvit yazanlar, 12-ci gün qeyd-şərtsiz atəşkəs haqqında tvit paylaşdılar. Niyə? Çünki biz müharibədən qorxmurduq və mövqeyimizdə dayanırdıq”, – deyə Əraqçı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki