image-1backend

Ərdoğan: İrana hücum bütün region üçün risk yaradacaq

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin paytaxtı Qahirədə misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında açıqlamalar verib.

Korrekt.az-ın məlumatına görə, Ərdoğan çıxışında regional və qlobal proseslərə toxunaraq bildirib ki, İrana hər hansı xarici müdaxilə bütün region üçün ciddi risklər doğura bilər. Onun sözlərinə görə, nüvə məsələsi də daxil olmaqla, İranla bağlı bütün problemlərin həllində ən doğru yol diplomatik kanallardan istifadə etməkdir.

Türkiyə Prezidenti Suriyadakı vəziyyətə də münasibət bildirib. Ərdoğan qeyd edib ki, Suriyanın ərazi bütövlüyünün və siyasi birliyinin qorunub saxlanılması ilk növbədə region ölkələrinin xeyrinədir.

“Əgər Suriya ərazi bütövlüyünü və siyasi birliyini qoruyub saxlaya bilsə, bundan ən çox region faydalanacaq. Biz Suriyada baş verən böyük transformasiyanın tərəfdarıyıq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki