Korrekt.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Türkiyənin döyüş təyyarələri və təyyarədaşıyan gəmilərinin istehsalına başlayacağını açıqladı.
“Dronlarımız, raketlərimiz, gəmilərimiz, helikopterlərimiz və tanklarımızla bir çox sahədə ehtiyaclarımızı müstəqil şəkildə ödəyə bilərik. Sabah qırıcı təyyarələrimiz və təyyarədaşıyan gəmilərimiz də bu siyahıya əlavə olunacaq. Biz qətiyyətli idik, çox çalışdıq, özümüzə inanırdıq və 23 ildə bu məqsədə çatdıq”, – deyə Türkiyə lideri bildirib.





















