image-1backend

Ərdoğan: “Türkiyənin bölgədə hegemonluq niyyəti yoxdur”

image-ads-728x90

“Suriyada davamlı sülhün əsas konturları artıq formalaşıb”.

Korrekt.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament qrup toplantısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər keçmiş səhvləri təkrarlamamalı, yanlış hesablamalardan və “maksimalist tələblərdən” uzaq durmalıdır.

Türkiyə prezidenti vurğulayıb ki, Suriyada sabitliyin təmin olunması üçün birlik və əməkdaşlıq əsas şərtdir.

Regional iddialara da toxunan Ərdoğan Türkiyənin bölgədə hegemonluq niyyəti olmadığını bildirib: “Türkiyə bölgədə nüfuz axtarmır. Heç bir ölkəni formalaşdırmaq istəmirik. Əksinə, səmimiyyətlə qardaşlıq axtarırıq”.“Yeni Sabah”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki