image-1backend

Ərdoğan: “Türkiyəsiz Avropanın təhlükəsizliyi  sual altındadır”

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Rəcəb Təyyub Ərdoğan  Efiopiyaya səfərindən sonra jurnalistlərə açıqlamasında Avropada formalaşan yeni müdafiə arxitekturası ilə bağlı fikirlərini bölüşüb.

Türkiyə Prezidenti bildirib ki, Avropada qurulması nəzərdə tutulan yeni təhlükəsizlik sistemi Türkiyənin iştirakı olmadan effektiv ola bilməz. Onun sözlərinə görə, əgər Avropa həqiqətən yeni təhlükəsizlik mexanizmi formalaşdırmaq istəyirsə, Türkiyəsiz bu sistem natamam qalacaq.

Ərdoğan vurğulayıb ki, Türkiyə ordusu NATO-nun ən böyük və güclü qüvvələrindən biridir. O qeyd edib ki, Türkiyə yalnız danışıqlar masasında deyil, eyni zamanda sahədə də imkanlarını nümayiş etdirən ölkələr sırasındadır.

Türkiyə Prezidenti əlavə edib ki, Avropa tərəfi yanaşmalarını yenidən nəzərdən keçirməli və Ankaranın iştirakı olmadan real təhlükəsizlik və tarazlığın mümkün olmadığını qəbul etməlidir. O həmçinin uzun illərdir Türkiyənin NATO-nun  təhlükəsizlik və müdafiə mexanizmlərində iştirakının qitənin ümumi sabitliyinə töhfə verəcəyini vurğuladıqlarını bildirib.

Ərdoğanın sözlərinə görə, qlobal miqyasda sürətli dəyişikliklər fonunda Avropa məhdud və ideoloji yanaşmalarla deyil, regional güclərin real rolunu nəzərə alaraq hərəkət etməlidir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki