Fevralın 7-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu David Armen Manukyanın cəsədi aşkar edilib.
Korrekt.az erməni mediasına istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü erməni əsgəri xidmət yoldaşı tərəfindən güllələnib.
Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.





















