image-612986006_10161636735282691_4139928264475678398_nbackend

Erməni qadınları faşizmin xidmətində: onlar əsirlər arasında yəhudiləri tapmalı və erməniləri orduya cəlb etməli idilər

image-ads-728x90

1938-ci ildə Almaniyada güclənən faşizm ideologiyası ilə erməni daşnak ideologiyası bir-birinə yaxın olduğu üçün onlar arasında əməkdaşlıq barədə danışıqlar gedirdi.Erməni legionu İkinci dünya müharibəsi zamanı Üçüncü Reyx tərəfindən döyüşən və ermənilərdən təşkil olunmuş piyada birləşməsi olaraq 1941 və 1944-cü illər ərzində 808, 809, 810, 811 və 812 adlı birləşmələrlə döyüşlərdə iştirak etmişdilər.

Almaniya rəhbərliyində, xüsusən Alfred Rozenberqin nazirliyində (RMfdbO) ermənilərin “ari” olub-olmaması ilə bağlı şübhələr var idi. Bu, Avropada yaşayan erməni qadınlar üçün həyati təhlükə yaradırdı. Buna görə də bu dəstələrdə erməni qadınları xüsusi olaraq iştirak edirdilər.
Erməni qadınları üçün Almanlar xüsusi bir düşərgə yaratmış, öz tərəflərinə çəkdikləri erməniləri burada təlmlər keçirdilər..Onlar hərbi düşərgələrdə alman zabitləri ilə erməni əsirlər arasında vasitəçilik edirdilər. Çox vaxt bu qadınlar əsirlərə alman dilini öyrədir və onların “etibarlı” olduqlarına dair zəmanət verirdilər.

Məhz bu alman legionunda xidmət edən qadınların sayəsində Ermənilərin casusluq fəaliyyəti üçün “Aynxait Şturm” qrupu yaradılmış idi. Bu qrupa daxil olan qadınların əsas işi sovet ordusunda arxadan zərbə vurmağın yolların axtarmaqla yanaşı, əsirlərin içərisində yəhudiləri aşkar etməli idilər.
Birinci Dünya Müharibəsindən sonra Avropada (xüsusən Almaniya və Fransada) məskunlaşan erməni mühacirlərinin ailələrindən olan qadınlar alman idarələrində tərcüməçi və ya katibə kimi çalışırdılar.Berlin və Parisdəki erməni komitələrində erməni legionerləri üçün qəzet və bülletenlərin hazırlanmasında iştirak edirdilər.

Varşava və ya Krım yaxınlığında yerləşən kəşfiyyat məktəblərində ( “Abver-2” bölməsi) bəzi erməni qadınlara rabitə, şifrələmə və gizli məlumat ötürülməsi öyrədilirdi.

Onlar alman zabitləri üçün “Erməni gecələri” təşkil edir, burada musiqi, rəqs və erməni mətbəxi nümayiş etdirilirdi. Bu tədbirlər zamanı alman komandanlığı ilə şəxsi əlaqələr qurulur, həbs edilmiş ermənilərin azad edilməsi və Erməni Legionuna imtiyazlar alınması üçün çalışırdılar
Erməni qadınları Almaniyanın müxtəlif şəhərlərində. keçirilən “irqi konfranslarda” iştirak edirdilər. Onlar erməni ailə strukturu, adət-ənənələri haqqında məruzələr edərək almanlara sübut etməyə çalışırdılar ki, ermənilər yəhudilərlə deyil, almanlarla eyni irqi kökdən gəlirlər. Onların bu “elmi” fəaliyyəti sayəsində ermənilər 1934-cü ildə rəsmən “ari” statusu ala bildilər.

Almaniyanın Şərq Torpaqları Nazirliyində çalışan erməni Sirma Seronyan bu qadınlara rəhbərliyi edirdi. Bəzi mənbələrə görə, Abverdə bir neçə erməni qadını təxribat və məlumat toplama məqsədilə hazırlamışdı. Lakin onların real əməliyyatlarda iştirakı barədə rəsmi sənədlər çox azdır, çünki bu agentlər müharibədən sonra izlərini itiriblər.

Bu barədə Eduard Abrahamyan, “Abverdə qafqazlılar” və “Unudulmuş Legionlar” kitablarında ətraflı yazıb. Sergey Çuyev, “Lənətlənmiş əsgərlər” kitabı ilə yanaşı “Bundesarchiv-Militärarchiv” və “Reichsministerium für die besetzten Ostgebiete” arxiv fondlarında məlumatlar verilir..

Prof.Dr. Zaur Əliyev



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki