21 mart 2005-ci ildə Glendale polis departamenti Central prospekti 215 ünvanında yerləşən “Bel-Air Press” mətbəəsində intihar hadisəsi qeydə aldı. Mətbəənin sahibi, onilliklər boyu ARF partiyasının sadiq üzvü olan Bedros Pilavjian özünü asmışdı.
Cəsədin yanında partiya rəhbərliyini birbaşa cinayətdə ittiham edən 7 səhifəlik məktub var idi. Məktub bu cümlə ilə başlayırdı :
“Mən bu partiyaya hər şeyimi verdim, əvəzində isə onlar mənim həyatımı və ləyaqətimi aldılar.İndi isə məni ailəmin qarşısında rüsvay etməklə hədələyirlər ki, susum. Ölümümdə onlar məsuliyyət daşıyırlar”
Daha sonra o yazır :
“Sizin ‘Böyük Ermənistan’ xülyanız, insanların həyatı üzərində qurulmuş bir qəbiristanlıqdır”
Məktubda qeyd edilən partiya Daşnaksütyundur. Onların ideologiyasına və ya siyasi xəttinə qarşı çıxan şəxslər ciddi psixoloji terrora, təhdidlərə və cəmiyyətdən təcrid olunmağa məruz qalırlar.
Bedros Pilavjian 13 aprel 1944-cü ildə Livanda, erməni ailəsində doğulub. O, Beyrutda böyüyüb və gənc yaşlarından partiyanın gənclər qanadına qoşulub.
1970-ci illərin əvvəllərində, Livandakı vətəndaş müharibəsi ərəfəsində bir çox erməni kimi o da ABŞ-a mühacirət edib. O zaman 29 yaşında olan Bedros, Kaliforniyanın Qlendeyl (Glendale) şəhərini seçib.
Gənc yaşlarından nəşriyyat işində özünü sınayır və bu sahədə təcrübəsi ona böyük bir şirkət yaratmağa səbəb olur. BEL-AIR PRESS, INC çap evi yaradır və uzun illər Daşnaksütyun və erməni diasporu üçün işlər görür.
“Bel-Air Press” mətbəəsində partiyanın rəsmi qəzeti olan “Asbarez”-i çap etmək üçün onu məcbur edib, pul ödəmirmişlər və sonda borc yüz minlərlə dollara çatır. Eyni zamanda, Pilavjiandan hər il müxtəlif “milli layihələr” üçün külli miqdarda ianə tələb olunurdu.
Borclarının ödənilməsini tələb etdikdə, Daşnaksütyunun rəhbərlərindən olan Maro Khodanian, Vicken Hovsepian və digərləri onu “vətən xaini” elan edəcəkləri ilə hədələyərirlər
Bedrosun həyatının son günləri çox ağır keçmişdi. Çıxış yolu ancaq ölmək idi. İntiharından bir neçə gün əvvəl o, 7 səhifəlik intihar etmə səbəni yazılan məktubu hazırlayır.
Pilavjian yazırdı ki, erməni rəhbərliyi sadə ermənilərin milli duyğularından istifadə edərək onları istismar edir. O, qeyd edirdi ki, “milli dava”, “soyqırımın tanıdılması” və “Ermənistana kömək” kimi şüarlar əslində bir qrup rəhbərin varlanması və icma üzərində mütləq hakimiyyət qurması üçün bir alətdir. Əslində erməni davası, bir qrup insanın pul qazanması üçün hazırlanan layihədir.
Bedrosun məktubunda gənc ermənilərə müraciət də var idi.
O, gəncləri kor-koranə partiya ideologiyasına bağlanmamağa çağırırdı. O istəmirdi ki, digər erməni gəncləri də onun kimi “boş bir xülya” uğrunda həyatlarını və ailələrini qurban versinlər.
Məktub bu cümlə ilə bitir:
“Mən onlara dedim ki, bank evimi əlimdən alır, uşaqlarımın gələcəyi məhv olur. Onlar isə mənə güldülər və dedilər: Sən partiyadan daha önəmlisən? Əgər bu məsələni böyütsən, səni erməni xalqının düşməni elan edərik və Qlendeyldə küçəyə çıxmağa üzün olmaz. Onlar üçün erməni olmaq yox, itaətkar olmaq önəmlidir.Mənim ölümüm, ermənilərin maskasını cırmaq üçün son cəhdimdir.”
21 mart 2005-ci ildə səhər saatlarında o, öz mətbəəsinə gəlir, qapıları içəridən bağlayır və həyatına son qoyur. Onun qəbri Kaliforniyanın məşhur “Forest Lawn Memorial Park” (Glendale) qəbiristanlığındadır.
Onun ailəsinə olan təzyiqlər, Amerika polisinə edilən lobbi təklifləri nəticəsində məktub üzə çıxmadı, ailəsi şikayət etməsi və hər yerdən onun adı silindi.
Mənbələr:
Lima, Vincent. “Death of a Party Man.” The Armenian Reporter, Vol. 38, No. 25, 26 March 2005.
Lima, Vincent. “Journalism Under Fire: My Experience with The Armenian Reporter.
Jabarian, Appo. “Tragedy in Glendale: Reflections on the Pilavjian Case.” USA Armenian Life Magazine, April-May 2005 issues.
California Courier. “Glendale Businessman Found Dead in Local Press.” March 24, 2005.
“The Corruption of the ARF and the Case of Bedros Pilavjian.” The Investigative Report Series, 2008-2010
Prof.Dr. Zaur Əliyev





















