“Amerikalılar və iranlılar danışıqları bərpa ediblər. Nikbinlik üçün bir çox səbəb var.” Korrekt.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlamasında bildirib.
“Ümid edirik ki, nəticə əldə olunacaq, xüsusən də nüvə məsələsi ilə bağlı. Digər tərəfdən, artan hərbi fəaliyyətin şahidi oluruq. Bu fəaliyyət davam edən danışıqlara təzyiq göstərmək məqsədi daşıyır, yoxsa əvvəlcədən planlaşdırılmış hərbi əməliyyata hazırlıqdır? Biz bunu yaxından izləyirik. Tərəflərin hərbi əməliyyatlara və ya müharibəyə ehtiyac olmadan danışıqlar yolu ilə həll yolu tapmasını istəyirik. Hazırda məhz bu kritik həddəyik.”– deyə Hakan Fidan bildirib.





















