image-1backend

Hazırda bu kartlardan vəsaitlər silinir – Xəbərdarlıq

image-ads-728x90

“Azərbaycan Beynəlxalq Bankı”, “AccessBank” və “Expressbank” ASC-lərin kart əməliyyatlarında texniki problem yaranb.

Korrekt.az xəbər verir ki, bununla bağlı banklar mobil tətbiqləri vasitəsilə müştərilərinə bildirişlər göndərib.

“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!”, – ABB-nin məlumatında qeyd olunub.

“Expressbank” və “AccessBank”ın məlumatında da kart əməliyyatları ilə bağlı problemin qısa zamanda həll ediləcəyi bildirilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki