image-1backend

“Hər yağış yağanda bizim şəhərlə əlaqəmiz kəsilir” – VİDEO

image-ads-728x90

Şəkidə çaya gələn sel yolu bağlayıb.

Korrekt.az-ın məlumatına görə, ötən gün yağan leysan nəticəsində Quruçayda yaranan sel Şəkinin Baş Şabalıd kəndini rayon mərkəzi ilə birləşdirən yolu yarasız vəziyyətə salıb.

Sakinlər deyirlər ki, kənddə 150-dən çox ailə, 500-dən artıq sakin var. Hər dəfə yağış yağanda rayonla əlaqə kəsilir.

Aidiyyəti qurumlar tərəfindən yolda hərəkət bərpa edilib və selə qarşı bəndləmə işləri aparılıb.

Şəki Rayon İcra Hakimiyyətindən bildirildi ki, yağışlar nəticəsində bəzi kənd yollarının dağılması kəndlərarası yolların qum, lil və çınqılla örtülməsi halları baş verib. Oxud, Cunud, eləcə də Baş Şabalıda gedən yollarda hərəkət bərpa edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki