Korrekt.az pravda.az-a istinadla xəbər verir ki, bu sözləri tarix elmləri doktoru Həsən Həsənov deyib.
O əlavə edib: “O (İlbər Ortaylı – red.) deyirdi ki, siz farsdan dönməsiniz. Onunla tanış idim, görüşəndə bir-birimizə qarşı münasibət mehriban idi. Amma bilirəm ki, tariximizə düşmən adam idi.
Polşada səfir idim, gəlib orada da çıxış etmişdi. Yol pulu, təyyarə pulu, beş ulduzlu otel pulu… Biznes Konqresinin binasını tutdular ki, gəlib danışsın. O da danışdı ki, Azərbaycan xalqı olmayıb, “farsdan dönməsiniz”. Mən isə burdan-burayam, həmin o təşkilat mənə demir ki, gəl. Niyə? Çünki mövqedə birlik vəhdəti yoxdur”.





















