image-1backend

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

image-ads-728x90

Azərbaycanın dağ-mədən sənayesinin əsas potensialının formalaşdığı Qarabağ və Şərqi Zəngəzur ərazilərinin uzun müddət erməni işğalı altında qalması həm bu istiqamətdə Azərbaycanın sərvətlərinin talanmasına yol açıb, həm də eyni zamanda Azərbaycanın bu resurslardan istifadəsinə maneə olub. Təbii ki, ərazilər işğal altında olduğu üçün bu sahədə tədqiqatlar aparmaq və həmin resursları iqtisadi dövriyyəyə cəlb etmək mümkün olmayıb.

Korrekt.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

“Hazırda bu istiqamətdə dövlət proqramı çərçivəsində dağ-mədən sənayesinin və metallurgiyanın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Proqrama əsasən, yaxın üç ildə bu sahəyə 5,3 milyard manat vəsait ayrılacaq. Bunun 1,1 milyard manatı dövlət büdcəsi, qalan hissəsi isə dövlət müəssisələri və özəl sektordan cəlb edilmiş kredit və borc vəsaitləri hesabına təmin ediləcək. Dövlət üç il ərzində təqribən 15 min kvadrat kilometr ərazidə axtarış, tədqiqat və istismar işləri həyata keçirəcək, yeni müəssisələr qurulacaq və minlərlə davamlı, dayanıqlı, yüksək maaşlı iş yerləri açılacaq. Proqram uğurla nəticələndiyi təqdirdə bu istiqamətdə ixracın 2,6 dəfə artacağı gözlənilir ki, bu da qeyri-neft ixracının artırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək. Bununla həm də ölkəyə alternativ valyuta daxilolma kanalı genişlənəcək.

Hazırda bilirik ki, bu sahədə ixrac əsasən bir neçə qızıl və alüminium müəssisəsinin hesabına formalaşır. Həm qızıl, həm də qeyri-qızıl – mis, gümüş və digər yataqların istismara verilməsi dövlətin qeyri-neft ixracı sahəsində imkanlarını genişləndirəcək, davamlı və dayanıqlı iş yerləri təmin etməklə, vergi ödənişlərini artırmaqla əhalinin rifahının yaxşılaşdırılmasına da töhfə verəcək”, – Xalid Kərimli bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki