“SavunmaSanayiST” xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Türkiyənin “Baykar” şirkətinin hazırladığı SİVRİSİNEK arama sursatını qəbul edib.
“Baykar”ın verdiyi məlumata görə, sistem 1000 km-ə qədər əməliyyat məsafəsinə malikdir, 9 saatdan artıq havada qala bilir və 20 kq-a qədər çəkidə döyüş başlığı daşıyır.
SİVRİSİNEK katapultla buraxılır və süni intellektə əsaslanan avtonom naviqasiya və hədəf aşkarlama sistemləri ilə təchiz edilib.
Xüsusiyyətlər:
məsafə – 1000 km-ə qədər;
maksimum uçuş çəkisi – 76 kq;
faydalı yük – 20 kq-a qədər;
kruiz sürəti – təxminən 102 km/saat;
maksimum – təxminən 130 km/saat;
Uçuş müddəti 9 saatdan çoxdur.





















