image-947224_srcbackend

Hindistan Rusiyadan milyard dollarlıq raket alır

image-ads-728x90

Hindistan Müdafiə Satınalma Şurası Rusiyadan S-400 Triumph kompleksi üçün 288 raketin alınmasını təsdiqləyib.

Müqavilənin ümumi dəyərinin 1,2 milyard dollar olduğu bildirilir.

Korrekt.az xəbər verir ki, bu barədə Hindustan Times məlumat yayıb.
Sazişə əsasən, Yeni Dehli 120 qısa mənzilli və 168 uzun mənzilli raket əldə edəcək.
Bundan əlavə, Hindistan Hərbi Hava Qüvvələrinin ölkənin strateji əhəmiyyətli bölgələri üzərində gücləndirilmiş hava müdafiə sistemi yaratmaq məqsədilə daha beş S-400 Triumph batareyası almağı planlaşdırdığı qeyd olunur.
Eyni zamanda, Hindistan vacib infrastruktur obyektləri və hərbi aerodromların müdafiəsini gücləndirmək üçün Pantsir qısa mənzilli zenit-raket və top sistemlərinin də alınmasını nəzərdən keçirir.
Military Watch Magazine nəşrinin məlumatına görə, bu planlara baxmayaraq, Hindistan hökuməti və Müdafiə Nazirliyi S-400 Triumph sistemlərinin tədarükündə gecikmələrlə üzləşib. Bildirilir ki, bu gecikmələr Rusiyanın Ukraynadakı müharibə səbəbindən bu sistemlərə təcili ehtiyac duyması ilə əlaqələndirilir.
Bununla yanaşı, Forbes India daha əvvəl Hindistanın 2026-cı ilin əvvəlindən etibarən İsrail istehsalı silahların alınması üçün 8,6 milyard dollar dəyərində müqavilələr paketi imzaladığını yazmışdı.
Məlumata görə, Hindistan İsrailin Rafael Advanced Defense Systems şirkəti tərəfindən istehsal olunan Spice 1000 idarəetmə dəstlərini əldə edib. Bu dəstlər adi bombaları 100 kilometrə qədər məsafədə dəqiq idarə olunan sursata çevirir.
Paketi həmçinin Elbit Systems tərəfindən hazırlanmış Rampage hava-yer raketləri və Israel Aerospace Industries tərəfindən istehsal olunan Air LORA raketləri də təşkil edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki