Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Vüqar İsaq oğlu Hüseynov İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin olunub. O, indiyədək qurumun Ərazi-təşkilat məsələlər sektorunun baş məsləhətçisi vəzifəsində çalışıb.
Digər əmrlə, Həmid Rauf oğlu Nəsirov Göygöl Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsinə gətirilib.





















