Amerikalı milyarder İlon Mask ABŞ-da ikinci vətəndaş müharibəsinin artıq başladığını bəyan edib. Korrekt.az xəbər verir ki, milyarder bu fikri sosial şəbəkə hesabında yazdığı şərhdə səsləndirib.
Mask ABŞ İmmiqrasiya və Gömrük Xidmətinə (ICE) qarşı etirazlarla bağlı paylaşım edən istifadəçilərdən birinin “ABŞ-da Vətəndaş Müharibəsi 2.0 artıq başlayıb” fikrinə münasibət bildirərək, “Görünür, elədir”, – deyə yazıb.
Qeyd edək ki, yanvar ayında Minneapolis şəhəri ABŞ prezidenti Donald Tramp administrasiyasının immiqrasiya siyasətinin sərtləşdirilməsinə qarşı etirazların mərkəzinə çevrilmişdi. ICE agentlərinin qanunsuz miqrantların müəyyən edilməsi və deportasiyası ilə bağlı keçirdiyi əməliyyatlar yerli əhali arasında ciddi narazılıq doğurub.
Məlumata görə, saxlanılmalar zamanı baş verən insidentlər və itkilər vəziyyəti daha da gərginləşdirib. Bu fonda Tramp administrasiyası etirazçıları radikal fəaliyyətlərdə ittiham edir və federal qurumları immiqrasiyanın daha sərt şəkildə məhdudlaşdırılmasına çağırır.





















