“Israel Hayom” qəzetinin verdiyi məlumata görə, İran ABŞ prezidenti Donald Trampdan hərbi hücumu təxirə salmasını istəyib.
Korrekt.az xəbər verir ki, xüsusi nümayəndə Stiv Vitkov ABŞ prezidentinə İran xarici işlər naziri Abbas Əraqçinin WhatsApp mesajını, eləcə də İran prezidenti Məsud Pezeşkyanın yazılı zəmanətini çatdırıb.
Nəşrin məlumatına görə, bu mesajların əsas məqsədi Amerika liderini dərhal hərbi zərbə endirməkdən çəkindirmək olub. Məlumatın mənbəyi yüksək vəzifəli İsrail rəsmisidir.
Qeyd olunur ki, Trampın nümayəndəsi İranla diplomatik razılaşmanın tərəfdarıdır.





















