İran ordusunu gücləndirməkdə davam edir. Dünən İran ordusu 1000 ədəd pilotsuz təyyarə təhvil verilib.
Korrekt.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Dronlar İran ordusunun strateji üstünlüklərini gücləndirmək və döyüş qabiliyyətini artırmaq üçün onun müxtəlif bölmələrinə paylanıb.
İran Ordusunun Baş Komandanı general-mayor Əmir Hatəmi bildirib ki, pilotsuz təyyarələr donanması sürətli döyüş əməliyyatları və istənilən təcavüzkara sarsıdıcı zərbələr endirmək üçün vacibdir.
İran telegram kanalları iddia edir ki, artıq iki gündür ki, İran orusu döyüş hazırlığı vəziyyətinə gətirib.





















