image-1backend

İran rəsmisi : “ ABŞ şərtlərimizi qəbul edərsə, danışıqları bərpa etməyə hazırıq”  

image-ads-728x90

İran hakimiyyəti ABŞ Tehranın şərtlərini qəbul edəcəyi təqdirdə nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu açıqlayıb. Korrekt.az xəbər verir ki, bunu İranın Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi CNN-ə müsahibəsində deyib.

Xərrazi bildirib ki, Vaşinqton danışıqların bərpası üçün ilk addımı atmalı və Tehranın müəyyən etdiyi prinsiplər əsasında müzakirələrə hazır olduğunu göstərməlidir: “Bu proses bərabərlik və qarşılıqlı hörmətə əsaslanmalıdır”.

O, qeyd edib ki, İran nüvə yanacağına, xüsusilə tibbi məqsədlər üçün ehtiyac duyur. Buna görə Tehran ABŞ ilə yalnız uranın zənginləşdirilmə səviyyəsi barədə danışıqlara razıdır, lakin zənginləşdirmənin tam dayandırılmasını müzakirə etməyəcək.

İranın ballistik raket proqramının danışıqlar mövzusu olmadığını vurğulayan Xərrazi deyib: “ABŞ və digərləri ilə yalnız nüvə məsələsi üzrə dialoqa açığıq. Raket fəaliyyətimiz müzakirə edilmir və bu sahədə inkişafı davam etdirəcəyik”.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki