İran Rusiya ilə müasir daşına bilən zenit raketlərinin alınması üçün gizli hərbi müqavilə imzalayıb. Korrekt.az xəbər verir ki, Britaniyanın “Financial Times” qəzetinin məlumatına görə, müqavilənin dəyəri təxminən 589 milyon dollardır. Müqavilə ötən ilin dekabr ayında Rusiyanın dövlətə məxsus hərbi ixrac şirkəti “Rosoboronexport”, Rusiya Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Logistika Departamenti arasında imzalanıb. Qəzetin məlumatına görə, Rusiya üç il ərzində 500 ədəd “Verba” daşına bilən raketi və 2500 ədəd 9M336 raketi tədarük etməyə borcludur. Müqavilə üç mərhələdə həyata keçiriləcək: 2027-ci ildən 2029-cu ilə qədər. Xatırladaq ki, Tehran və Moskva 2025-ci ilin yanvar ayında hərbi sektorda əməkdaşlıq barədə razılığa gəliblər.





















