İranın dövlət televiziyasına bağlı “Üfüq” telekanalı İsrailin yüksək vəzifəli rəsmilərinin yer aldığı və “birbaşa təhdid” kimi dəyərləndirilən siyahını efirə verib. Korrekt.az xəbər verir ki, bununla bağlı, The Times of Israel məlumat yayıb.
Məlumata görə, siyahıda İsrailin baş naziri Benyamin Netanyahu, Mossadın direktoru David Barnea, müdafiə naziri Yisrael Katz, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli hərbi rəhbərlər yer alıb. Efir zamanı adıçəkilən şəxslərin hədəf nişanları ilə görüntüləri göstərilib.
Aparıcı ivrit dilində “Ölüm vaxtınızı təyin edəcəyik, Əbabili gözləyin” ifadəsini işlədib; bu sözlərin İran istehsalı pilotsuz uçuş aparatına işarə etdiyi bildirilir.





















