image-1backend

İranda 12 günlük müharibə zamanı minlərlə insan casusluqda ittiham edilib

image-ads-728x90

İsraillə 12 günlük müharibənin başlamasından bir neçə ay əvvəl və münaqişənin sonunadək İranda casusluq ittihamı ilə təxminən iki min nəfər saxlanılıb.

Korrekt.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin mədəniyyət işləri üzrə müavini Əbülfəz Şekarçi məlumat verib. Onun sözlərinə görə, saxlanılan şəxslər casus və düşmən agentlərindən ibarət geniş şəbəkəyə daxil olub və bu şəbəkənin qurulması illər çəkib, təlim və təşkilatlanma üçün böyük maliyyə vəsaiti sərf edilib.

Əbülfəz Şekarçi həbs olunanların kimliyi, saxlanılma yerləri və məhkəmə prosesləri ilə bağlı əlavə məlumat açıqlamayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki