image-1backend

İranda qalmaqal: SEPAH yüzlərlə neftçini həbs etdi   

image-ads-728x90

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın cənubundakı Kənqan şəhərində neft-qaz sənayesində çalışan işçilərin kütləvi həbsini həyata keçirdiyi bildirilir.

Korrerkt.az xəbər verir ki, vəkil və insan haqları fəalı Hüseyn Rəisi “X” sosial media hesabında yüzlərlə işçinin SEPAH ilə əlaqəli Omran-e Sahel İnstitutunun anqarlarında qeyri-insani şəraitdə saxlanıldığını yazıb.

O, saxlanılanların həyatının təhlükədə olduğunu və ilk bir neçə gündə ən azı beş işçinin işgəncə nəticəsində öldüyünü bildirib.

Məlumata görə, işçilər daha əvvəl iclas keçirib və genişmiqyaslı tətilə hazırlıq işlərini əlaqələndiriblər. Bundan sonra onlar SEPAH qüvvələrinin basqını zamanı saxlanılıblar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki