Korrekt.az xəbər verir ki, bu gün İran parlamentinin plenar iclasında Avropa ölkələrinin səfirliklərində fəaliyyət göstərən hərbi attaşelərin ölkədən çıxarılması məsələsi gündəmə gətirilib. Müzakirələr Avropa ordularının İran tərəfindən “terror təşkilatları” kimi tanınması fonunda aparılır.
Millət vəkili Əlirza Səlimi bu mövzuda çıxış edərək bildirib ki, Avropa ölkələrinin orduları qanunla terrorçu təşkilat kimi tanınıb və bu səbəbdən onların İrandakı hərbi nümayəndələrinin fəaliyyəti qəbuledilməzdir.
Onun sözlərinə görə, Avropa səfirliklərində çalışan hərbi attaşelər dərhal ölkədən çıxarılmalıdır. Səlimi əlavə edib ki, ölkə ərazisində terrorçulara pənah verilməsi qanuna ziddir və Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı dərhal tədbir görməlidir.





















