image-1backend

İranlı general: “İran mühasirəyə alına bilməz” 

image-ads-728x90

İran silahlı qüvvələrinin Baş qərargah rəisi general-mayor Əbdürrəhim Musəvi İranın dənizdən mühasirə ilə zəiflədilə biləcəyi ilə bağlı fikirləri rədd edərək, ölkənin coğrafi və strateji cəhətdən “mühasirəyə alınmasının qeyri-mümkün” olduğunu deyib.

Korrekt.az xəbər verir ki, o, bazar günü gecə saatlarında hərbi hissələrdən birinə baş çəkərkən, İranın  İsrailə qarşı qisas almağa tam hazır olduğunu və hər hansı bir səhv hesablamanın daha geniş regional münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Musəvi, 12 günlük müharibədən sonra İranın hərbi doktrinasını yenidən nəzərdən keçirdiyini, sürətli və davamlı əməliyyatlara əsaslanan müdafiə mövqeyindən hücum mövqeyinə keçdiyini bildirib.

Musəvi habelə eskalasiya halında heç bir amerikalının amanda olmayacağı barədə xəbərdarlıq edib və regional münaqişə alovunun  ABŞ müttəfiqlərini də bürüyəcəyini söyləyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki