image-1backend

İrəvanda qanlı hesablaşma: 1 nəfər ölüb, 6 nəfərin vəziyyəti ağırdır – YENİLƏNİB

image-ads-728x90

Ermənistanın paytaxtı Yerevanın Ajapnyak rayonunda silahlı insident baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə ağır yaralanıb.

Saat 15:30-a olan məlumata görə, Ermənistanın səhiyyə naziri Anahit Avanesyan bildirib ki, atışma zamanı yaralanan altı nəfərin hamısının vəziyyəti ağırdır və onlar ciddi tibbi nəzarət altındadır. Daha əvvəl yaralılardan birinin əməliyyat zamanı öldüyü açıqlanmışdı.

18 fevral saat 20:50-də yayılan ilkin məlumatda bildirilirdi ki, hadisədən sonra yeddi nəfər xəstəxanaya çatdırılıb. Armenpress agentliyinə Ermənistan Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, yaralılardan üçünün vəziyyəti son dərəcə ağır, üçünün isə ağır olub. Bir nəfərin isə həyatını itirdiyi təsdiqlənib.

Hadisə ilə bağlı daha əvvəl kriminal xronika üzrə ixtisaslaşmış Shamshyan.com saytı Ajapnyak rayonunda atışma nəticəsində 10 nəfərin yaralandığını bildirmişdi. Lakin bu məlumat digər mənbələr tərəfindən təsdiqlənməyib.

Şahidlər hadisəni videoya çəkərək Araratnews saytına təqdim ediblər. Görüntülərdə atəş səsləri və yaralıların hadisə yerindən təxliyə edilməsi əks olunub.

Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan bildirib ki, polis hadisənin bütün hallarını aydınlaşdırmaq üçün təcili istintaq tədbirləri həyata keçirir. Əlavə məlumatın daha sonra açıqlanacağı qeyd olunub.

İstintaq davam edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki