image-1backend

İsrail HƏMAS-ın əsas mərkəzini VURDU

image-ads-728x90

İsrail ordusu Livanın cənubunda HƏMAS-ın təlim düşərgəsində fəaliyyət göstərən silahlılara zərbələr endirib.

Korrekt.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) açıqlamasında bildirib: “İDF Livanın cənubundakı Ayn əl-Hilve bölgəsində HƏMAS-ın təlim düşərgəsinə zərbələr endirib. Zərbə edilən hərbi düşərgə HƏMAS tərəfindən İsrail əsgərlərinə və İsrail Dövlətinə qarşı hücumlar planlaşdırmaq üçün istifadə edilib”.

“İsrail Müdafiə Qüvvələri Livanda HƏMAS silahlılarına qarşı əməliyyat aparır və onlar harada olurlarsa olsunlar, Həmas terrorçularına qarşı fəaliyyətlərini davam etdirəcəklər”, – İsrail Müdafiə Qüvvələri bildirib.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki