Dünən Tehran və Vaşinqton arasında danışıqların davam etdiyi bir vaxtda Atlantik Şurasının tədqiqatçısı Maykl Rozenblat diplomatiya yolu ilə irəliləyiş ehtimalının zəif olduğunu bildirib və ABŞ-nin hərbi ssenarilərə hazırlaşmalı olduğunu deyib.
Korrekt.az xəbər verir ki, o, təşkilatın rəsmi saytında dərc olunan təhlilində qeyd edib ki, Donald Tramp danışıqların qısa müddətdə nəticə verəcəyini gözləsə də, tərəflərdən birinin ciddi güzəştə getmədiyi halda razılaşma mümkün görünmür.
Onun sözlərinə görə, Tramp administrasiyasının israr etdiyi əsas məsələlər – İranın ballistik raket proqramı və proksi qüvvələrə dəstəyi – Tehran tərəfindən müzakirə mövzusu kimi qəbul edilmir.
Analitikin fikrincə, mümkün ssenarilərdən biri SEPAH və yarıhərbi radika “Bəsic” qüvvələrinə qarşı məhdud və cəzalandırıcı zərbələr endirilməsi ola bilər. O, hesab edir ki, belə addım Tehrana təzyiqi artırmaq və onu daha zəif mövqedən danışıqlara qaytarmaq məqsədi daşıya bilər.





















