Türkiyə Atletika millisinin iki üzvü millinin heyətindən qovulub. Korrekt.az xəbər verir ki, idmançıların millidən qovulmasına səbəb onların İstanbulda keçirilən Türkiyə Qapalı Atletika Çempionatında əlbəyaxa davaya çıxmaları olub. Türkiyə mediası bildirir ki, Tuğba Danışmaz və Sedef Çevik arasında baş verən dava səbəbindən yarış dayandırılıb. Avropada ikinci yeri tutan Tuğba Danışmaz ilə yeddinci yeri tutan Sedef Çevik arasındakı davaya zalda olan Türkiyə Atletika Federasiyasının prezidenti Əhməd Karadağ sərt reaksiya verib.
Türkiyə Atletika Federasiyasının qərarı ilə 26 yaşlı Tuğba Danışmaz və 22 yaşlı Sedef Çeviki millinin heyətindən kənarlaşdırılıb.





















