İnci şirkətinin rəhbəri Mikayıl Yusifov örnək olan addım atıb. Korrekt.az xəbər verir ki, şirkət rəhbəri , 92 yaşlı jurnalist və publisist Ərşad Əzimzadəni şirkətdə işlə təmin edib.
Qeyd edək ki, həm də “Ana Təbiət” Natural Gigiyena mərkəzinin rəhbəridir. Tanınmış jurnalist Ərşad Əzimzadə sağlamlıqla bağlı çoxsaylı məqalələrin və kitabların müəllifidir. Ərşad Əzimzadə sağlam qidalanma ilə bağlı bir çox elmi konfransların iştirakçısıdır.





















