Rusiyalı məşhur müğənni Polina Qaqarinanın Rusiya Federal Vergi Müfəttişliyinə böyük məbləğdə borcunun yarandığı bildirilir.
Korrekt.az xəbər verir ki, Rusiyanın Telegram kanallarının yaydığı məlumata görə, sənətçinin vergi orqanlarına təxminən 180 min manat məbləğində borcu formalaşıb.
Qeyd olunur ki, müğənni borcun ödənilməsi ilə bağlı vergi qurumunun tələbinə məhəl qoymasa, onun 2024-cü ildə ümumilikdə 8,1 milyon manat gəlir gətirən üç şirkətinin bank hesabları dondurula bilər.
Həmin şirkətlərin sadələşdirilmiş vergi rejimi əsasında fəaliyyət göstərdiyi və bu səbəbdən nisbətən az vergi ödədiyi bildirilir. Eyni zamanda, Qaqarinanın biznes strukturlarında istifadə olunan bəzi hüquqi mexanizmlərin sual doğurduğu qeyd olunur.
Məlumata əsasən, bu hallar dövlət orqanları tərəfindən müğənninin fəaliyyəti ilə bağlı daha geniş araşdırmaların başlanmasına səbəb ola bilər.





















