“Financial Times” qəzetinin verdiyi məlumata görə, İran prezidenti Məsud Pezeşkian çərşənbə axşamı bildirib ki, İran nüvə proqramında hərbi komponentin olmamasını sübut etmək üçün müfəttişlərin nüvə obyektlərinə daxil olmasına icazə verməyə hazırdır .
“Biz dəfələrlə bəyan etmişik ki, nüvə silahı hazırlamağa çalışmırıq. Biz istənilən yoxlamaya hazırıq”, – deyə o bildirib. Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi müfəttişlərin Nətənz, Fordo və İsfahan obyektlərinə daxil olmaq üçün bir neçə ay gözlədiklərini açıqlamışdı.
Xatırladaq ki, İran və ABŞ arasında danışıqlar 6 fevralda Omanda baş tutub. ABŞ prezidenti Donald Tramp onları uğurlu adlandırıb və dialoqun davam edəcəyini bildirib. İranın xarici işlər naziri də danışıqları yüksək qiymətləndirib.





















