İranın sonuncu Baş naziri və müxalif “Yaşıl Hərəkat”ın lideri Mirhüseyn Musəvi yaydığı açıqlamada İslam Respublikası rəhbərliyini tənqid edərək, onları hakimiyyətdən getməyə və konstitusiya referendumu keçirməyə çağırıb.
Korrekt.az xəbər verir ki, etirazçıların öldürülməsini “dəhşətli və qaranlıq” hadisə kimi təsvir edən Musəvi əlavə edib: “Evlər yas içində, küçələr yas içində, şəhərlər yas içindədir”.
15 ildən çoxdur ki, ev dustaqlığında olan Musəvi “insanlar bu sistemi istəmədiklərini hansı dillə deməlidir” deyə, bildirib: “İnsanlar artıq sizin yalanlarınıza inanmırlar. Artıq kifayətdir.
Bu oyun bitdi. Zülm sizi bürüyüb!”.





















