image-1backend

“Napoli”-“Qarabağ” oyunu üçün biletlər satışa çıxarılır

image-ads-728x90

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Qarabağ” matçı üçün biletlər satışa çıxarılır.

Klubdan verilən məlumata görə, “Dieqo Armando Maradona” stadionunda Ağdam təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər “iTicket.az” saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq. Biletlərin qiyməti: 110 AZN.

Vauçerləri ilkin olaraq “iTicket.az”dan əldə ediləcək. Oyun gününə qədər isə bilet sifariş zamanı göstərilən e-mail ünvanına “iTicket.az”ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

Azarkeşlərimiz üçün “Stadio Diego Armando Maradona”da 2480 yer ayrılıb. Ayrılmış sektorlara giriş “Gate 26” vasitəsilə olacaq.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 26-ı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki